SON DƏQİQƏ

Məmur olmaq istəyənlərə XƏBƏRDARLIQ

Tarix:

17-01-2019, 11:34

/ 10 275 dəfə oxundu.
Məmur olmaq istəyənlərə XƏBƏRDARLIQ

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünün (inzibati rəhbər vəzifələr) AA, AB və AC qruplarına uyğun gələn vəzifələr üzrə yanvarın 27-də keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyat davam edir.
Bu haqda GunAz.az -a DİM-dən məlumat verilib.
Yanvarın 17-nə olan məlumata görə, 27 nəfər qeydiyyatdan keçib.
İmtahan kompüter vasitəsilə aparılacaq. İmtahan Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.
Xatırladaq ki, qeydiyyat yanvarın 25-i saat 17-də başa çatacaq.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ