SON DƏQİQƏ

Kameraların çoxluğu nəyə xidmət edir?

Tarix:

16-01-2019, 15:23

/ 10 325 dəfə oxundu.
Kameraların çoxluğu nəyə xidmət edir?

Azərbaycan günü-gündən inkişaf edir, ölkəmizin hər bir bölgəsində geniş tikinti-abadlıq, quruculuq işləri görülür. 

Ölkəmizə hər il minlərlə avtomobil idxal olunur. Azərbaycan da avtomobil istehsal edən ölkə olaraq sürətlə inkişaf edir.

Yollarda kameraların quraşdırılması hər bir sürücünün təhlükəsizliyi deməkdir. Sürücülər yol hərəkət qaydalarına ciddi əməl etməlidir.

Bakının küçələrində kifayət qədər kameralar quraşdırılıb. Ötən ay 600-dən çox kamera quraşdırılmışdır. Ucaldılan göydələnlər, xiyabanlar, Dənizkənarı bulvar həm paytaxtımızı daha da gözəlləşdirir, həm də xarici turistlərin ölkəmizə gəlməsinə səbəb olur. Kameraların çoxluğu nə məqsəd daşıyır?

Əlbəttə ki, kameraların müsbət cəhətləri daha çoxdur.

Mütəxəssislər və sürücülərlə bu haqda tez-tez söhbətlərimiz olur. Seyid Mirzə adlı bir sürücü dedi:

- Əlbəttə ki, kameraların quraşdırılması olduqca vacibdir. Bəzən qəza törədən sürücü günahını boynuna almayanda, izləyici kameralar köməyə çatır. Lakin kameraların hər küçədə, tində quraşdırılması düz deyil.

Tutaq ki, sürücü avtomobilini yolun kənarında 5-10 dəqiqə saxlayıb dükana girmək istəyir. Çıxanda görür ki, avtomobilini evuakuator aparıb cərimə meydançasına.

Axı Parkinq Bakının hər tərəfində yoxdur ki? Belə olan halda parklama edərək pul qazananların da kitabı bağlanır. Onda sürücülər 5-10 dəqiqə üçün gərək şəhərin o tayındakı parkinqlərdə növbəyə duraraq həm vaxt itirməli, həm də pul ödəməlidirmi? Sürücülərin bu haqlı narazılıqları nəzərə alınmalıdır. Lakin sürücü yol kənarında saxlayıb avtomobilindən 10 dəqiqə aralansa, kameralar sahibsiz avtomobilləri qeydə alır və bir neçə saatdan sonra avtomobil sahibinə cərimə yazılır. Belə çıxır ki, Yol Nəqliyyat Müfəttişləri və başbilənləri əziyyət çəkmədən bir pəncərə sistemindən istifadə edərək külli miqdarda pul qırırlar.

Əlbəttə ki, ictimai asayişi qorumaq, yol hərəkəti qaydalarına riayət etmək hər kəsin borcudur. Lakin kameralardan istifadə edərək pul qırmaq, vergidən yayınmaq, sürücüləri bezdirib narazı salmaq yolverilməzdir.

 

Rauf İlyasoğlu

скачать dle 12.1

Şərhlər