SON DƏQİQƏ

Sürücülərin DİQQƏTİNƏ

Tarix:

8-01-2019, 14:38

/ 10 282 dəfə oxundu.
Sürücülərin DİQQƏTİNƏ

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcürstan respublikası ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
Bu barədə GunAz.az -a "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.
Məlumata əsasən, işlər yanvarın 9-dan 15-nə kimi davam etdiriləcək .
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ