SON DƏQİQƏ

Sürücülər bu yolda DİQQƏTLİ OLSUNLAR

Tarix:

3-10-2018, 11:13

/ 10 317 dəfə oxundu.
Sürücülər bu yolda DİQQƏTLİ OLSUNLAR

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 50-60 –cı km hissəsində və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 110-120 kilometrlik hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

Avtomobil Yolları Dövlət Agentliyindən GunAz.az -a verilən xəbərə görə, işlər axşam saatlarınadək yekunlaşdırılacaq.

"Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur" - deyə, məlumatda qeyd olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ