SON DƏQİQƏ
» » Azərbaycanın artilleriya birləşmələri hərbi gücünü göstərdi - FOTO/VİDEO

Azərbaycanın artilleriya birləşmələri hərbi gücünü göstərdi - FOTO/VİDEO

Tarix:

24-12-2018, 19:16

/ 10 192 dəfə oxundu.
Azərbaycanın artilleriya birləşmələri hərbi gücünü göstərdi - FOTO/VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq artilleriya bölmələri DANA özüyeriyən artilleriya qurğularının tətbiqi ilə praktiki atışlar keçirib. Atışlar döyüş şəraitinə maksimal yaxın vəziyyətdə icra olunub.

Bu barədə GunAz.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş 152 mm-lik artilleriya vasitələrindən şərti düşmənin canlı qüvvə və atəş vasitələri, uzunmüddətli müdafiə qurğuları, idarəetmə məntəqələri, artilleriya və minaatan batareyaları məhv edilib.

Komandanlıq təlimlərə cəlb olunan şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.

 

 

 

 

скачать dle 12.1

Şərhlər