SON DƏQİQƏ

Erməni generala BÖYÜK ŞOK

Tarix:

8-11-2018, 13:34

/ 10 292 dəfə oxundu.
Erməni generala BÖYÜK ŞOK

Noyabrın 2-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsindən vaxtından əvvəl azad edilən erməni general Yuri Xaçaturov dünən gecə Ermənistana qayıdıb.

GunAz.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.


Ermənistanda Nikol Paşinyan hakimiyyətə gələndən sonra “1 mart” işi üzrə açılan cinayət işinə Y. Xaçaturov da cəlb edilib. Xaçaturov 5 milyon dram girov qarşılığında azad ediləndən sonra vəzifəsini davam etdirmək üçün Moskvaya qayıdıb. Lakin İrəvan onun dəyişdirilməsini istəyib. Bundan sonra Xaçaturov vəzifəsindən azad edilib. Bu gün Astanada keçirilən KTMT Şura iclasında yeni baş katibin seçiləcəyi gözlənilir. Ermənistana qayıdan Xaçaturovun həbs ediləcəyi ehtimalı böyükdür.

скачать dle 12.1

Şərhlər