SON DƏQİQƏ
» » Ən güclü külək və yağıntı bu ərazilərdə qeydə alınıb

Ən güclü külək və yağıntı bu ərazilərdə qeydə alınıb

Tarix:

26-10-2018, 15:15

/ 10 327 dəfə oxundu.
Ən güclü külək və yağıntı bu ərazilərdə qeydə alınıb

Bu gün ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi nəticəsində bəzi ərazilərdə güclü külək və yağıntı qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən GunAz.az -a verilən məlumata görə, saat 13:00-a qədər Culfa rayonunda və Ordubadın Nülgüt kəndində güclü yağış müşahidə olunub.

Düşən yağıntının miqdarı Culfada 30 (aylıq normanın 157 faizi), Ordubadın Nülgüt kəndində isə 28 mm (aylıq normaya yaxın) təşkil edib.

Eyni zamanda Gəncədə küləyin ani maksimal sürəti 24 m/san, Şəmkirdə 21 m/san olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ