SON DƏQİQƏ

İcazəsiz ov edən 15 əcnəbi saxlanıldı

Tarix:

15-10-2018, 16:39

/ 10 240 dəfə oxundu.
İcazəsiz ov edən 15 əcnəbi saxlanıldı

Bu ilin 9 ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən reydlər zamanı icazəsiz ov edən 90 yerli, 15 əcnəbi vətəndaş saxlanılıb.

Nazirliyin mətbuat xidmətindən GunAz.az -a verilən məlumata görə, onlardan 93 ov tüfəngi, müxtəlif ov alətləri, ovlanmış quş və heyvan götürülüb.

Brakonyerlər barəsində protokollar tərtib olunaraq 99 nəfərə 117698 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib. 6 brakonyerin şəxsiyyətinin müəyyənləşdirilməsi və barələrində qanunamüvafiq tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına məktub göndərilib. Hazırda reydlər davam etdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ