SON DƏQİQƏ

İcazəsiz ov edən şəxs cərimələndi

Tarix:

2-10-2018, 14:57

/ 10 284 dəfə oxundu.
İcazəsiz ov edən şəxs cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Yevlax rayonunun “Qazandağı” adlanan ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb və ondan ov tüfəngi götürülüb.

Bu barədə GunAz.az -a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı brakonyerin Goranboy rayon sakini Firəddin Kərimov olduğu məlum olub. Faktla bağlı F.Kərimov barəsində protokol tərtib edilib və inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ