SON DƏQİQƏ

Qanunsuz ovçular 22 min cərimə edildi

Tarix:

2-11-2017, 18:47

/ 1 037 dəfə oxundu.
Qanunsuz ovçular 22 min cərimə edildi

Çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə reydlər keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Gunaz.az-a verilən məlumata görə, reydlər zamanı qanunsuz ovla məşğul olan 35 vətəndaş saxlanılıb. Onlardan 34 ov tüfəngi, 105 patron, 3 ədəd quş və 1 baş heyvan götürülüb.

22 nəfərə 22.300 manat məbləğində inzibati qaydada cərimə və iddia tətbiq olunub. 13 nəfər təqsirkarın isə şəxsiyyətinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon polis orqanlarına müraciət edilib.

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ