SON DƏQİQƏ
» » Bakının mərkəzi küçələri bu gecə bağlanır

Bakının mərkəzi küçələri bu gecə bağlanır

Tarix:

11-09-2018, 18:54

/ 10 330 dəfə oxundu.
Bakının mərkəzi küçələri bu gecə bağlanır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə paytaxtın Parlament prospekti, Mehdi Hüseyn küçəsindən Teymur Elçin küçəsinə kimi və Neftçilər prospekti, Azneft dairəsindən Dalğa arenaya kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən GunAz.az-a verilən məlumata görə, işlər axşam saat 22:00-dan başlayaraq sentyabrın 12-si səhər saatlarına qədər davam edəcək.

Sürücülərdən sözügedən yollarda müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ