SON DƏQİQƏ
» » DİQQƏT: Bəzi yollarda rənglənmə və təmir işləri aparılır

DİQQƏT: Bəzi yollarda rənglənmə və təmir işləri aparılır

Tarix:

2-08-2018, 11:40

/ 10 326 dəfə oxundu.
DİQQƏT: Bəzi yollarda rənglənmə və təmir işləri aparılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Dairəvi 1 avtomobil yolunun 0-10-cu kilometrində, yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır. Təmir işləri bu gün axşamadək aparılacaq.
Bu barədə GunAz.az -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən açıqlama verilib.
Bundan başqa, avqustun 2-də saat 22:00-da Yasamal rayonu, Parlament prospektində və Bakı-Sumqayıt yolu, Xırdalan tunelində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri görüləcək. İşlər səhər saatlarına qədər yekunlaşdırılacaq.
Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ