SON DƏQİQƏ
» » İki dövlət qurumu birgə fəaliyyət göstərəcək

İki dövlət qurumu birgə fəaliyyət göstərəcək

Tarix:

7-08-2018, 15:18

/ 10 265 dəfə oxundu.
İki dövlət qurumu birgə fəaliyyət göstərəcək

Avqustun 22-23-də qeyd olunacaq Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi gücləndirilmiş iş rejiminə keçib.

GunAz.az xəbər verir ki, bunu nazir müavini İlham Quliyev bildirib.

Nazir müavini deyib ki, bazarlara daha sağlam heyvanların satışa çıxarılmasına nəzarət olunacaq:

 "Müəyyən iş adamlarına müraciət edilib ki, bayram ərəfəsində satışa sağlam heyvanlar çıxarılsın. Çalışırıq ki, Qurban bayramının yüksək səviyyədə təşkil edilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi ilə birgə fəaliyyət göstərək".

Qeyd edək ki, bayramda ət kəsiminə nəzarəti Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək.

скачать dle 12.1

Şərhlər