SON DƏQİQƏ

Gəncə hadisələrinin iştirakçısı yaxalandı

Tarix:

6-08-2018, 15:17

/ 10 469 dəfə oxundu.
Gəncə hadisələrinin iştirakçısı yaxalandı

Dövlət Sərhəd Xidməti (DSX) Azərbaycanın dövlət sər­­hədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlərini da­vam et­dirir.

DSX-dən GunAz.az-a verilən məlumata görə, qeyd edilən tədbirlər sırasında hüquq-mühafizə orqanları tərəfin­dən barəsində axtarış elan olunmuş şəxslərin ölkəyə gələrkən və ölkədən gedərkən dövlət sərhədindən buraxılış məntəqələrində aşkar­lanması mühüm əhəmiyyət kəsb edir. Təkcə 2018-ci il ərzində bu kateqoriyadan olan 3811 nəfər şəxs dövlət sərhədində saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib.

2018-ci ilin avqust ayının 1-də Gəncə hadisələrinin aktiv işti­rak­çısı olmaqda şübhəli bilindiyinə görə axtarışda olan Azərbaycan Res­publikasının vətəndaşı 27.02.1994-cü il təvəllüdlü Gəncə şəhər sakini İsmayılov İsmayıl Kamil oğlu “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində ölkə ərazisindən Gürcüstana gedərkən saxlanılıb və aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə təhvil verilib. 

скачать dle 12.1

Şərhlər