SON DƏQİQƏ

“Azərişıq” gücləndirilmiş rejimə keçdi

Tarix:

13-06-2018, 12:41

/ 10 259 dəfə oxundu.
“Azərişıq” gücləndirilmiş rejimə keçdi

Ramazan bayramı ilə əlaqədar qeyri-iş günləri enerji istehlakçılarının, habelə bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz enerji təchizatının təmin olunması məqsədilə texniki və təşkilatı tədbirlər görülüb.

Bu barədə Gunaz.az-a “Azərişıq” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Qurumun Mərkəzi Aparatı və RETSİ (SS)-lər üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb.  

Elektrik şəbəkələrinin normal iş rejimi təmin olunmaqla bayram günlərində RETSİ-lər və rayon (şəhər) Elektrik Şəbəkələri üzrə növbətçilik təşkil edilib,  sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət gücləndirilib, elektrik  şəbəkələrinin  mal-material ehtiyacının ödənilməsi üçün zəruri tədbirlər görülüb. 

 
Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günlərində “Azərişıq” ASC tərəfindən aparılması planlaşdırılan bütün işlər  müvəqqəti olaraq dayandırılacaqdır.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ