SON DƏQİQƏ
» » "Azərişıq" gücləndirilmiş iş rejiminə keçib

"Azərişıq" gücləndirilmiş iş rejiminə keçib

Tarix:

30-03-2018, 11:04

/ 10 415 dəfə oxundu.
"Azərişıq" gücləndirilmiş iş rejiminə keçib

Hava şəritinin kəskin dəyişilməsini nəzərə alaraq 30-31 mart tarixlərində İstehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması , habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması məqsədilə "Azərişıq” ASC-də qabaqlayıcı və zəruri tədbirlər görülüb.


"Azərişıq" ASC-dən Gunaz.az -a verilən məlumata görə, elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib. Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində növbətçilik təşkil edilərək zəruri olan mal-materialların ehtiyatı yaradılıb.

Qeyd olunub ki, hazırda ölkə boyu İstehlakçılar fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar. Fərdi qaydada belə hər hansı problemləri yaranarsa İstehlakçılardan 199 "Çağrı mərkəzi”nə zəng etmələri xahiş olunur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ