SON DƏQİQƏ

Saraya işıq fasilələrlə veriləcək

Tarix:

6-02-2018, 07:14

/ 1 014 dəfə oxundu.
Saraya işıq fasilələrlə veriləcək

“Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110 kVt-luq birinci Xırdalan hava elektrik verilişi xəttində yenidənqurma işləri aparılır.

Gunaz.az xəbər verir ki,“Azərenerji” və “Azərişıq” ASC-nin yaydığı məlumata görə, bu səbəbdən “Saray 3” və “Saray 5” xətlərinin qidalandırdığı Saray qəsəbəsinin bəzi ərazilərində qısamüddətli fasilələr yaranır.
Qeyd edilib ki, işlər yaxın vaxtlarda yekunlaşdırılacaq: “Modernizasiya işlərinin başlıca məqsədi keyfiyyətli ötürmə infrastrukturunun yaradılması ilə istehlakçıları fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etməkdir”.
Hər iki qurum yaranmış narahatçılığa görə istehlakçılarından üzr istəyir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ