SON DƏQİQƏ
» » "Azərişıq" gücləndirilmiş iş rejiminə keçir

"Azərişıq" gücləndirilmiş iş rejiminə keçir

Tarix:

16-03-2017, 13:58

/ 1 672 dəfə oxundu.
"Azərişıq" gücləndirilmiş iş rejiminə keçir

Bayram günlərində istehlakçılar fasiləsiz elektrik enerjisi ilə təmin olunacaqlar.
Azərişıq ASC-dən verilən məlumatda bildirilir ki, Azərişıq ASC Novruz bayramı günlərində ehtiyat tədbirlərini gücləndirəcək.
Bu məqsədlə ASC-nin Mərkəzi Aparatı və Regional Enerji Təchizatı və Satışı İdarələri (RETSİ) üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil ediləcək. Qarşıya qoyulan vəzifə qeyri-iş günlərində enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının dərhal alınmasıdır.
 Elektrik şəbəkələrində normal iş rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək və müvafiq tədbirlər görüləcək. Baş vermiş qəzaların (199-çağrı mərkəzi) nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günlərində tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan işlərin müvəqqəti olaraq dayandırılması da təmin ediləcək.
Azərişıq ASC Novruz Bayramı münasibəti xalqımızı təbrik edir və bu sahədə göstərdiyi xidmətdən qürur duyur.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ