SON DƏQİQƏ
» » Avtomobilini qanuni dayanacaqda saxlayan sürücü cərimələndi - VİDEO

Avtomobilini qanuni dayanacaqda saxlayan sürücü cərimələndi - VİDEO

Tarix:

28-05-2018, 22:38

/ 10 316 dəfə oxundu.
Avtomobilini qanuni dayanacaqda saxlayan sürücü cərimələndi - VİDEO

Qanuni parklanma ərazisində avtomobilini park edən sürücünü yol polisi 20 manat miqdarında cərimələyib. Hər halda sürücü belə iddia edir. Yol polisindən isə məsələnin araşdırılacağı bildirilib.
Belə bir iddia ilə paytaxt sakini Ozal Məmmədov çıxış edib. Onun sözlərinə görə, 2 gün əvvəl paytaxtın 28 may küçəsində yerləşən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən quraşdırılan parkomatların olduğu ərazidə avtomobilini park edib.
Sürücü az keçməmiş gözlənilməz hadisə ilə qarşılaşıb. "Asan-Pay" tərəfindən onun mobil telefonuna göndərilən SMS-də avtomobilini qanunsuz yerdə saxlaması əsas gətirilərək 20 manat məbləğində cərimələndiyi qeyd olunub.
Adı çəkilən ərazidə çəkiliş apardığımız zaman hadisənin yaşandığı yerdə avtomobil dayanacağının olduğunu bildirən nişan və parkomat aparatının quraşdırıldığının şahidi olduq.

Məsələ ilə bağlı Bakı şəhər dövlət yol polisi idarəsinin bölmə rəisi Vaqif Əsədov "Xəzər Xəbər"ə bildirib ki, problemdən xəbərdardır və hazırda məsələ ətraflı araşdırılır. Kimin günahkar olması isə bu araşdırmadan sonra bəlli olacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ