SON DƏQİQƏ
» » Kiyevdə reyd zamanı 20 azərbaycanlı miqrant saxlanılıb - VİDEO

Kiyevdə reyd zamanı 20 azərbaycanlı miqrant saxlanılıb - VİDEO

Tarix:

15-05-2018, 09:22

/ 10 337 dəfə oxundu.
Kiyevdə reyd zamanı 20 azərbaycanlı miqrant saxlanılıb - VİDEO

Ukrayna polisinin gömrük xidməti əməkdaşları ilə birgə Kiyevdə apardığı reyd zamanı “Troeşina” bazarı yaxınlığındakı hosteldə yaşayan 32 qanunsuz miqrant saxlanılıb.

 

“Report” yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Milli Polisin Daxili Təhlükəsizlik Departamentinin mətbuat xidməti məlumat yayıb.

Saxlanılanlar arasında 20 Azərbaycan, 8 Banqladeş, 1 Tacikistan, 2 Özbəkistan və 1 Rusiya vətəndaşı var.

Onların hamısının Ukraynaya Rusiya ərazisindən keçdiyi və ümumiyyətlə heç bir sənədlərinin olmadığı müəyyən edilib.

Reyd zamanı ümumilikdə 98 qanunsuz miqrant saxlanılıb.

Saxlanılan şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi və deportasiyası üçün lazımi sənədlərin hazırlanması məsələsinə baxılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ