SON DƏQİQƏ

Avşardan Türkçülük Günü mesajı

Tarix:

3-05-2018, 00:35

/ 10 338 dəfə oxundu.
Avşardan Türkçülük Günü mesajı

3 May Türkçülük Günü münasibətilə MHP-nin Malatya Vilayət Rəhbəri Ramazan Bülənd Avşar mesaj verib.

 

Son dövrdə baş verən terror hadisələri səbəbi ilə ölkənin ağır yollardan keçdiyini ifadə edən Avşar: "Bilinməlidir ki, millətimiz tarix boyu dəfələrlə var olma mübarizəsi aparmış, varlığını çox ağır itgilər verərək qorumuşdur. Türk Millətçiləri hər zaman Türk millətinin birliyinin, həmrəyliyinin və bölünməz bütövlüyünün tərəfdarı olub və həmişə olmaqda da davam edəcək" ifadələrinə yer verib.

Sədr Avşarın Türkçülük Günü ilə bağlı mesajında, "Türk millətçiləri, yaşadıqları hər bir dövrdə, olduqları hər zəmində, təzyiqə, zülmə və haqsızlığa boyun əyməmişlər, keçmişindən aldığı tarixi və mədəni dəyərləri yaşatmağı özünə vəzifə bilib. Bu baxımdan hər cür hörmət və təqdirə layiq olduqlarını, malik olduqları böyük idealla göstərmişlər. Bilirik ki, Türk millətçiliyi Türkiyə Cümhuriyyətini yaradan yüksək fikrin və gələcəyimizə bağlı olan bir addır. Milli maraqların ön planda tutulması, milli tezis və üstünlüklərin həlledici olması, millət və vətən dəyərlərinin qorunması üçün Türk millətçiləri üzərinə nə düşürsə etmişlər və beləliklə, Türk tarixinin qızıl səhifələrində parlayan adlar olaraq yerlərini almışdılar. Türk milliyyətçiliyinin böyük işinin qurucuları və yılmaz döyüşçüləri olan başda mərhum Rəhbərimiz Alparslan Türkeş, Hüseyn Nihal Atsız, Zəki Vəlidi Tox, Reha Oğuz Türkan və daha neçə-neçə çilə yoldaşlarını rəhmət və minnətdarlıqla xatırlayıram. Türk Millətini müasir mədəniyyətlər səviyyəsinin üzərinə çıxarmağı qarşısına məqsəd qoyan və bu ideal uğrunda hər cür mübarizəyə girərək, qəhrəmancasına illərini hamıya edənləri bu gün rəhmətlə yad edirəm. Onların yandırdığı Türkçülük məşəlinin əsrlər boyu sönmədən gələcək nəsillərə eyni əzm və qətiyyətlə ötürülməsi vacibliyi ilə, dünya üzərindəki bütün Türklərin 3 May Türkçülüyün Tərəfdarılar Gününü təbrik edir, ən dərin salam, sevgi və hörmətimi bildirirəm" ifadələrindən istifadə etdi.

скачать dle 12.1

Şərhlər