SON DƏQİQƏ
» » "Peyvəndlərdən qorxmaq lazım deyil" -HƏKİM RƏYİ

"Peyvəndlərdən qorxmaq lazım deyil" -HƏKİM RƏYİ

Tarix:

18-04-2018, 18:24

/ 10 259 dəfə oxundu.
"Peyvəndlərdən qorxmaq lazım deyil" -HƏKİM RƏYİ

Dövrün aktual məsələlərindən biri uşaqların peyvəndidir.

Bəzi valideynlər peyvəndin əks təsiri olduğunu irəli sürərək ondan qaçırlar. Həkimlər isə deyir ki, erkən aparılan peyvənd uşaqları difteriya, iflic, tetanus və s. kimi bir çox ciddi və ölümcül xəstəliklərdən qoruyur. Ancaq mütəxəssislər deyir ki, peyvəndlər aşağı temperaturda qızdırma, infeksiya yerində qızartı və şişkinlik kimi təsirlər yarada bilir. Bəzi peyvəndlər müvəqqəti olaraq baş ağrısı, başgicəllənmə, halsızlıq və iştahasızlıq meydana gətirir. Rast gəlinən kənar təsirlərə baxmayaraq peyvəndlər uşaqları ölümcül xəstəliklərə yaxalanmaqdan qoruyur. Uşaqlar üçün xüsusi peyvənd təqvimləri var. Peyvəndlər mümkün qədər təqvimlərə müvafiq vurulmalıdır.

Həkimlər deyir ki, allergiyaya meyilli uşaqlara peyvənd etdirmək olmaz. Bəs böyüklər peyvənd olunmalıdır?

Bu barədə tibb üzrə fəlsəfə doktoru Adil Qeybulla Metbuat.az-a açıqlamasında bildirib ki, peyvəndlərdən qorxmaq lazım deyil. "Böyüklər üçün xüsusi peyvənd təqvimləri nəzərdə tutulmayıb. Ancaq istənilən sağlam şəxs özünü xəstəliklərə qarşı vaksinasiya etdirə bilər".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ