SON DƏQİQƏ

Dünyaca məşhur aktyorun yeni uğuru

Tarix:

3-04-2018, 11:52

/ 10 285 dəfə oxundu.
Dünyaca məşhur aktyorun yeni uğuru

Dünyaca məşhur, macəra filmlərindən tanıdığımız aktyor Brus Uillis Azərbaycanda enerji içkisi bazarında lider olan HELL ENERGY brendinin siması olub. 
Gunaz.az məlumat verir ki, tanınmış Hollivud aktyorunun marka ilə imzaladığı müqaviləyə əsasən, onun adı bu brendlə yanaşı çəkiləcək. Kampaniya çərçivəsində Brus Uillisin iştirakı ilə reklam çarxı hazırlanıb və həmin reklam dünyanın bir çox ölkəsi daxil olmaqla Azərbaycanda da yayımlanmağa başlanıb.

 

 

HELL ENERGY “A” kateqoriyasından olan Hollivud ulduzu ilə əməkdaşlıq etməyə başlayan ilk enerji içkisi hesab oluna bilər. 

HELL ENERGY-nin marketinq direktoru Peter Pantl bildirib ki, “HELL dinamik enerji, güc və keyfiyyəti təmsil edir. Bizim bu dəyərləri göstərən birinə ehtiyacımız var idi. Layihənin planlaşdırılmasına başlayanda bir çox adlar barədə düşündük, lakin Brus Uillis üzərində dayandıq. O, dünya üzrə tanınmış simadır və onun adı ən yaxşı keyfiyyət üçün zəmanətdir”. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ