SON DƏQİQƏ

Erməni VƏHŞİLİYİ

Tarix:

1-04-2018, 16:10

/ 10 296 dəfə oxundu.
Erməni VƏHŞİLİYİ

“Azərkitab- Kitab Təbliğatı Mərkızində” Mart soyqırımının 100-cü ildönümüylə bağlı anım mərasimi keçirilib.
Gunaz.az xəbər verir ki, Mart qırğınında həyatlarını vətən uğrunda qurban verənlər bir dəqiqəlik sükutla yad edilib.
Rəsmi mənbələrə görə, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Erməni VƏHŞİLİYİ
Məlumat verilib ki,Martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğını başlaıb. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin altı min silahlı əsgəri, eyni zamanda "Daşnaksutyun" partiyasının 3-4 minlik silahlı dəstəsi iştirak edib. 
Qeyd edilib ki, daşnaklarin azərbaycanlılara qarşı soyqırımı yalnız Bakı ilə məhdudlaşmaylb. Qısa müddətdə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Qarsda da azərbaycanlıların qırğını törədilib.
Mart qırğını zamanı Bakı şəhərinin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 azərbaycanlı qadınının meyiti tapılıb.Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.
Vurğulanıb ki, 1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilib. Şamaxı cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılıb və uçurulub.Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılıb, əhalisi məhv edilib.
Erməni VƏHŞİLİYİ1918-ci iln aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək öldürülüb .Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilib, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülüb. 
Bildirilib ki, İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilib, kəndlər isə yerlə yeksan olunub. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş edib, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılıb, əhalisi məhv edilib. 
Qeyd olunub ki, 31 mart soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün hər il hökumət səviyyəsində müəyyən tədbirlər həyata keçirilir. Milli Məclisin dünya parlamentlərinə müraciətində soyqırımı aktının real mahiyyəti, onun soyqırım kimi tanıdılmasını şərtləndirən amillər konkret faktlar əsasında əksini tapır.
Xatırlanıb ki, Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlilarin Soyqırımı Günü kimi qeyd olunur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ