SON DƏQİQƏ
» » Sabahdan bu yolların hərəkatı məhdudlaşdırılacaq

Sabahdan bu yolların hərəkatı məhdudlaşdırılacaq

Tarix:

23-02-2018, 11:18

/ 1 078 dəfə oxundu.
Sabahdan bu yolların hərəkatı məhdudlaşdırılacaq

Aparılan təmir işləri ilə əlaqədar olaraq Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən (Əhmədli metrostansiyası) Babək prospektinədək olan istiqamətində 24 fevral tarixindən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

Gunaz.az xəbər verir ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Sürücülərə həmin istiqamət üzrə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alyternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Küçənin digər istiqamət üzrə, yəni Babək prospektindən Əhmədli metrostansiyasına doğru olan hissəsində isə hər-hansı bir məhdudiyyət tətbiq edilməyəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ