SON DƏQİQƏ

Bu yollarda hərəkət məhdudlaşır

Tarix:

24-10-2017, 19:28

/ 795 dəfə oxundu.
Bu yollarda hərəkət məhdudlaşır

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından etibarən Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 6-8-ci km-lik hissəsində (Bakı Su İdman Sarayından Bibiheybət məscidinə qədər olan hissəsi - hər iki istiqamət) avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

"Azəravtoyol" ASC-nin mətbuat katibliyindən Gunaz.az-a verilən məlumata görə, məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə saxlanılacaq.

Sürücülərdə alternativ olaraq sözügedən yolun "20-ci sahə" ərazisindən keçən hissəsindən istifadə etmələri tövsiyə olunur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ