SON DƏQİQƏ

Sürücülərə xəbərdarlıq

Tarix:

20-10-2017, 11:29

/ 857 dəfə oxundu.
Sürücülərə xəbərdarlıq

Bu gün və sabah (20-21 oktyabr) saat 10:00-dan etibarən Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 6-71-ci km-lik hissəsində (hər iki istiqamət) üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq.

"Azəravtoyol” ASC-dən Gunaz.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq sürücülərə xəbərdarlıq edilib.

Məlumatda bildirilir ki, rənglənmə işlərinin aparılması ilə əlaqədar olaraq yolda hərəkət məhdudlaşdırılmır

“Sürücülərdən sözügedən ərazidə diqqətli olmaları və yol nişalarına uyğun hərəkət etmələri xahiş olunur”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ