Rusiyanın Orenburq şəhərində yanğın nəticəsində yaralananlar azərbaycanlılardan biri xəstəxanada ölüb.
Gunaz.az bildirir ki, bu barədə APA-ya Orenburqdakı Azərbaycan icmasının rəhbəri Yaşar Məsimov bildirib.
Qeyd edək ki, fevralın 12-də günorta saatlarında Orenburq şəhərinin Salmışskaya küçəsi 58/1 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində yanğın baş verib. Nəticədə 1980-ci il təvəllüdlü Quliyev Hatəm (Namiq) Akif oğlu, onun 3 yaşlı qızı Leyla və 6 yaşlı oğlu Eysevər, 1967-ci il təvəllüdlü Qabil Qarayev ölüblər. Yanğın zamanı 2009-cu il təvəllüdlü Sevinc Quliyeva, 1995-ci il təvəllüdlü Aytən Quliyeva, 1969-cu il təvəllüdlü Sevinc Quliyeva və 1936-cı il təvəllüdlü İzzət Quliyeva, o cümlədən 1992-ci il təvəllüdlü Sədaqət Quluyeva ağır yanıq xəsarəti almışdı.