SON DƏQİQƏ
» » Rusiyada azərbaycanlı ailənin üzvləri yanaraq öldü

Rusiyada azərbaycanlı ailənin üzvləri yanaraq öldü

Tarix:

13-02-2018, 07:11

/ 2 242 dəfə oxundu.
Rusiyada azərbaycanlı ailənin üzvləri yanaraq öldü

Rusiyada baş verən güclü yanğın zamanı azərbaycanlı ailənin üzvləri yanaraq ölüb

Gunaz.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən Orenburq şəhərində, Salmışskaya küçəsində, yaşayış binasının 9-cu mərtəbəsində baş verib.

Hadisə zamanı bir ailənin 4 üzvü yanaraq ölüb. Onlardan 2-i (3 yaşlı qız və 6 yaşlı oğlan) uşaqdır.

Yanğın zamanı daha 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 4-ü yetkinlik yaşına çatmayanlardır.

Hadisənin başvermə səbəbləri araşdırılır. Yanğın lokallaşdırılıb.

Qonşuların sözlərinə görə, bu ailədə 2016-cı ildə daha bir faciə yaşanıb. Belə ki, həmin ilin mayında ailənin azyaşlı övladı yuxarı mərtəbədən yıxılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ