SON DƏQİQƏ

Bakıda 2 yaşlı qız evdə yanaraq ölüb

Tarix:

22-01-2018, 15:34

/ 1 083 dəfə oxundu.
Bakıda 2 yaşlı qız evdə yanaraq ölüb

Bakı şəhəri, Binəqədi rayonunda taxtadan tikilmiş, ümumi sahəsi 117 m2 olan birmərtəbəli tikili və içərisində olan əşyalar, həmçinin ümumi sahəsi 33 m2 olan bitişik tikili yanıb.

Gunaz.az FHN-nin saytına istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər yanıq xəsarətləri alıb. Yanğının kəşfiyyatı zamanı 2016-cı il təvəllüdlü Əliyeva Ayan Lətif qızının yanmış meyiti aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ