Daha bir Space TV-nin aparıcısı işdən çıxıb.
Gunaz.az xəbər verir ki, aktrisa-aparıcı Ümnisə Hacıyeva (Umka) kanalla yollarını ayırmaq qərarına gəlib.
O, “Sənətsevər plus”, “İdman hamı üçün” verilişləri ilə vidalaşmalı olub. Hacıyevanın televiziyadan qalmaqallı şəkildə ayrıldığı deyilir.
"İdman hamı üçün" verilişinə Aysel Nazim aparıcılıq edəcək.
Qeyd edək ki, ötən gün “Hər səhər” verilişinin aparıcısı Əkbər Əliyev də kanalla işbirliyinə son qoyub.