SON DƏQİQƏ

“Xətai” metrostansiyası BAĞLANACAQ

Tarix:

28-12-2017, 13:43

/ 1 352 dəfə oxundu.
“Xətai” metrostansiyası BAĞLANACAQ

“Bakı Metropoliteni” QSC-nin “Xətai” stansiyası 2018-ci ildə təmirə bağlanacaq.

Gunaz.az xəbər verir ki, bunu Azərtaca-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O bildirib ki, “Xətai” metro stansiyası 1968-ci ildə istifadəyə verilib. Buradakı eskalatorlar da 1968-ci ildə quraşdırılıb. Gələn il həmin eskalatorlar 50 illik istismar müddətini başa vuracaq. Bu səbəbdən 2018-ci ildə “Xətai” metro stansiyası təmirə bağlanacaq.

N.Paşayev qeyd ki, təmir işlərinə “Sahil” metro stansiyası yayda istifadəyə verildikdən sonra başlanılması nəzərdə tutulur və təmir işləri həyata keçirildiyi zaman sərnişinlər “Xətai” metrosundan istifadə edə bilməyəcəklər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ