SON DƏQİQƏ

Təbriz Aşıqları Azərbaycanda

Tarix:

26-12-2017, 18:56

/ 2 557 dəfə oxundu.
Təbriz Aşıqları Azərbaycanda

Əgər Azərbaycan xalqının bütün mədəni irsindən onun üçün əlamətdar olan bir neçə təzahürü ayırsaq, aşıq sənəti bunların içərisində ilk yerlərdən birini tutar.

 Bu, Cənubi Qafqaz, İran, Şərqi Anadolu və Rusiyada (Dağıstanda) yaşayan, bir hissəsi (hazırda 10 milyondan çoxu) 1918-ci ildən bəri öz dövlətçiliyinə malik , Azərbaycan dilində danışan əlli milyonluq xalqın milli və bədii özünüifadəsinin demək olar, ən populyar formasıdır. «Əli sazlı aşıq» - azərbaycanlıların şüurundakı və olsun ki, şüuraltındakı bu obraz milli, xalq mədəniyyətinin ən ulu, ilkin, təməl qatları ilə bağlanır.

Təbriz və Qaradağ Aşıqlar Birliyinin rəhbəri , folklorşünas Böyükbəy Ələkbəroğlunun bu yönümdə gördüyü işlər, demək olar ki, Güney Azərbaycanda yaşayan, aşıq sənətini göz bəbəyi kimi qoruyan sənətkarları Azərbaycana dəvət edərək bu aşıq sənətinin keçmişini , bu gününü yaşatmaqda davam etdirir.

Şair-publisist Şöhlət Əfşarın qonağı olan, Təbrizdən gəlmiş Ustad Aşıq Əli Səlimi və Şair-Aşıq Güləhməd Rüstəminin duzlu-məzəli söhbətləri bir daha Aşıq sənətinin nə qədər ulu, əhəmiyyətli olduğu özünü göstərdi.

скачать dle 12.1

Şərhlər