SON DƏQİQƏ
» » Məşhurlar Fuad Poladov haqda: “Evinə getməyə cəsarət tapmıram” - FOTOLAR

Məşhurlar Fuad Poladov haqda: “Evinə getməyə cəsarət tapmıram” - FOTOLAR

Tarix:

23-11-2017, 18:00

/ 1 665 dəfə oxundu.
Məşhurlar Fuad Poladov haqda: “Evinə getməyə cəsarət tapmıram” - FOTOLAR

Onkoloji xəstəlikdən əziyyət çəkən, səs tellərində problem yaranan xalq artisti Fuad Poladovun son olaraq sənət adamları haqqında səsləndirdiyi fikirlər maraqla qarşılanıb.
Belə ki, hazırda evdə müalicə alan aktyor, mətbuata açıqlamasında ona baş çəkən dostlarının adını açıqlamaq istəməyib.
Səbəbini isə belə açıqlayıb: "Zəng edirlər, gəlirlər. Amma onların adını çəkmək istəmirəm. Çünki sonra onlara problem olar. İşdən çıxararlar. Həmkarlarımı çətin vəziyyətdə qoymaq istəmirəm”.
Bəs, xalq artistinin adını çəkməyə “çəkindiyi” tanınmışlar kimlərdir?
Musavat.com sənət adamları arasında sorğu keçirib və onlardan xalq artistini ziyarət edib-etmədiyini soruşub.
Aktyor Əjdər Zeynallı bildirib ki, hər gün aktyorla maraqlanır: “Maraqlanmağa hər gün maraqlanıram, amma görüşə bilməmişəm açığı. Çünki bilirsiz də mənim işlərimi. Başım o qədər qatışıb ki, heç nəyə vaxt edə bilmirəm. Allah şəfa versin. Fuad Poladov böyük sənətkardır. O və onun kimi sənətkarlarımız çox az qalıb. Allah ona şəfa versin”.
Aktrisa Ülviyyə Əliyeva aktyoru çox sevdiyini deyib: “Fuad Poladovu çox sevirəm. Hər kəsin sevimlisidir. Təəssüf ki, baş çəkə bilməmişəm. Çünki şəxsən tanış deyilik. Evinə getməyə cəsarət tapmıram.  Amma hər zaman sənət dostlarımla onun haqqında danışırıq. Dualarımız onunladır. Allah şəfasını versin. İnşallah, Allah onu ailəsinə və mədəniyyətimizə çox görməz”.
Aktyorun sonuncu çəkildiyi “Mələyin öpüşü” filminin prodüseri və baş rol ifaçısı rəqqasə Oksana Rəsulova aktyoru sevdiyini dilə gətirib: “Mənim ən sevimli aktyorumdur. Onu dünyalar qədər çox istəyirəm. Çox gözəl münasibətimiz var. Azərbaycan xalqından Fuad müəllim üçün dua istəyirəm. Son olaraq “Mələyin öpüşü” filmində birlikdə rol almışdıq. Onun haqqında danışmağımızı sevmir. Bunu yaxınları bilir. Onun üçün Allahdan şəfa istəyirəm. o bizə çox lazımdır”.
Hazırda xəstəliklə çarpışan, aktyor Rasim Balayev də həmkarı barədə danışıb. O, axar.az saytına açıqlamasında Poladovun durumuna üzüldüyünü deyib: “Fuad Poladov ən çox sevdiyim aktyorlardandır. O, əsl sənətkardır. Çox təəssüf edirəm ki, o, bu cür xəstəliklə üz-üzə qaldı. Mən onun fikrini edirəm. İnanın, özümdən çox, onun ağrıları məni incidir, özümdən çox ona görə narahat oluram. Həqiqətən, onun xətrini çox istəyirəm. Bir insan, bir şəxsiyyət, bir aktyor kimi mənimçün çox dəyərlidir, Fuad...”
скачать dle 12.1

Şərhlər