SON DƏQİQƏ

Yeni ildə neçə gün tətil olacaq?

Tarix:

20-11-2017, 09:26

/ 1 087 dəfə oxundu.
Yeni ildə neçə gün tətil olacaq?

Yeni il bayramında Azərbaycanda 5 gün istirahət olacaq.

Report-un xəbərinə görə, bu ilin dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, 2018-ci ilin yanvarın 1-də və 2-də isə Yeni il bayramı ilə əlaqədar iş olmayacaq. Dekabrın 31-i bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən növbəti iş günü, yəni yanvarın 3-ü də qeyri-iş günü hesab ediləcək.

Dekabrın 30-u isə şənbə gününə təsadüf edir. Beləliklə, ölkədə 5 gün - dekabrın 30-dan yanvarın 3-nə qədər iş olmayacaq.

Yanvarın 4-ü Yeni ilin və yeni iş həftəsinin ilk iş günüdür.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ