SON DƏQİQƏ
» » Ölkəmizə ən çox bu ölkənin turistləri gəlir

Ölkəmizə ən çox bu ölkənin turistləri gəlir

Tarix:

6-11-2017, 21:54

/ 1 183 dəfə oxundu.
Ölkəmizə ən çox bu ölkənin turistləri gəlir

Bu ilin ilk 9 ayı ərzində Azərbaycana səfər edən turistlərin siyahısına yenə də Rusiya vətəndaşları liderlik edir.

Gunaz.az trend-ə istinadən xəbər verir ki, Azərbaycana səfər edənlər arasında sonrakı yerləri Gürcüstan, İran, Türkiyə turistləri tutur.

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana Rusiyadan 661 349, Gürcüstandan 397 038, İrandan 301 012, Türkiyədən 222 258 nəfər xarici vətəndaş gəlib.

Yanvar-sentyabr aylarında Birləşmiş Ərəb Əmirliyindən (BƏƏ) Azərbaycana 77 963
nəfər səyahət edib.

Siyahıda 6-cı yerdə qərarlaşan İraqdan Azərbaycana 51184, 7-ci yerdə olan Ukraynadan 44 592, 8-ci yerdə olan Səudiyyə Ərəbistanından 30 587, 9-cu yerdə olan Qazaxıstandan 27 980, 10-cu yerdə olan Birləşmiş Krallıqdan 24 253 nəfər gəlib.

Azərbaycana turistin çox gəldiyi ölkələrin sırasında Oman, Özbəkistan, Almaniya, Küveyt və s. də var.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ