SON DƏQİQƏ
» » Azərbaycana ən çox hansı ölkələrdən gəlirlər?

Azərbaycana ən çox hansı ölkələrdən gəlirlər?

Tarix:

12-07-2017, 08:00

/ 2 962 dəfə oxundu.
Azərbaycana ən çox hansı ölkələrdən gəlirlər?

2017-ci ilin birinci yarısında ölkəmizə 1 milyon 199 min 667 nəfər xarici vətəndaş səfər edib. Bu göstərici 2016-cı ilin eyni dövrü ilə müqayisədə (966 min 497 nəfər) 24 faiz artım olduğunu göstərir.
Bu barədə  Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Məlumata görə, bu ilin birinci yarısında ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya 374 min 491 nəfərlə (17% artım) ilk yerdə qərar tutub. Sonrakı yerlərdə Gürcüstan (254 425 nəfər, 4% artım), İran (180 103 nəfər, 89% artım), Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (44 196 nəfər, 338% artım), Ukrayna (27 342 nəfər, 14% artım) və İraq (19 355 nəfər, 75% artım) vətəndaşlarının xüsusi çəkisi daha çox olmuşdur. Bu dövrdə Türkiyə Respublikasından ölkəmizə 138 min 692 nəfər gəlmişdir ki, bu da ötən illə müqayisədə 7,6% azalma deməkdir.
Bu il Azərbaycana səfər edən ərəb ölkələrinin sayında böyük artım nəzərə çarpır. 2016-cı ilin ilk altı ayı ilə müqayisədə bu ilin ilk yarısında Omandan 16 dəfə, Küveytdən 8, Səudiyyə Ərəbistanından 6, Qətərdən 5, Mərakeşdən 5, BƏƏ-dən 4,4, Pakistandan 3,5, Əlcəzairdən 3,5, İordaniyadan 2,2, Türkmənistandan 2 və İraqdan təxminən 1,5 dəfə çox turist ölkəmizə gəlib.
Regionlar üzrə isə MDB ölkələri (12 %), Avropa İttifaqı ölkələri (13 %) İran Körfəzi və Yaxın Şərq ölkələri (117%), Asiya ölkələri (64,4%), Afrika ölkələri (72%), Amerika və Avstraliyadan (22,8%) ölkəmizə səfər edən xarici vətəndaşların sayında da artım baş verib.

GUNAZ.az 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ