SON DƏQİQƏ
» » "İnterAz" telekanalının yayımının dayandırılmasının səbəbi açıqlandı

"İnterAz" telekanalının yayımının dayandırılmasının səbəbi açıqlandı

Tarix:

30-10-2017, 16:54

/ 896 dəfə oxundu.
"İnterAz" telekanalının yayımının dayandırılmasının səbəbi açıqlandı

Azərkosmos" ASC "İnterAz" televiziya kanalının "Azerspace-1" peyki üzərindən yayımının dayandırılmasına münasibət bildirib.

Gunaz.az xəbər verir ki, "Azərkosmos" ASC-nin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, "İnterAz" televiziya kanalı "Azərkosmos" ASC ilə imzalanmış müqavilə üzrə öhdəlikləri yerinə yetirməyib.
Buna görə də televiziya kanalının "Azerspace-1" peyki üzərindən yayımı dayandırılıb.
Qeyd edək ki, ötən həftədən etibarən telekanalın yayımı dayanıb. "İnterAz"-dan mətbuata bildirilib ki, telekanalın yayımında yaranan problem texniki nasazlıqla bağlıdır.
Xatırladaq ki, telekanalın baş ofisi Moskvada yerləşir. Telekanal Azərbaycan və rus dillərində verilişlər yayımlayır. "İnterAz" telekanalı "Azerspace-1" peyki vasitəsilə yayımlanır. 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ