Azərbaycanın ikinci telekommunikasiya peyki "Azerspace 2"nin yığılması prosesi 2017-ci ilin sonunda başa çatacaq. Gunaz.az- ın məlumatına görə, bu barədə Trend-ə "Azərkosmos" ASC-dən məlumat verilib. İş planına əsasən, peykin buraxılışı 2017-ci ilin dekabrında nəzərdə tutulub. ASC-nin məlumatına görə, ikinci geostasionar peyk "Azerspace 1"in əhatə radiusunu genişləndirməyə imkan verəcək. Əhatə olunan bölgələrdə isə siqnal qəbulu daha da güclənəcək. Qeyd edək ki, "Azerspace 1" 2013-cü ilin fevral ayında orbitə buraxılıb.