SON DƏQİQƏ
» » İran telekanalı Azərbaycan peyki ilə yayımlanmağa başladı

İran telekanalı Azərbaycan peyki ilə yayımlanmağa başladı

Tarix:

21-03-2017, 16:51

/ 1 922 dəfə oxundu.
İran telekanalı Azərbaycan peyki ilə yayımlanmağa başladı

Azərbaycanın telekomunikasiya peyki "Azerspace-1" İranın TIN TV (Tasvir Iran TV) ictimai telekanalının proqramlarının yayımlarına başlayıb. 
Bu barədə "FlySat" informasiya portalı xəbər yayıb.
Telekanal Ukraynanın "Ukrkosmos" operatorunun paketinə daxil edilib və 11043 MHz tezlikdə mümkündür. Beləliklə, Azərbaycanın peyki ilə yayımlanan tele və radio kanallarının sayı 100-ü keçib.
Qeyd edək ki, Azərbaycanın birinci geostasionar peyki 2013-cü ilin fevralında 46° Şərq uzunluğunda yerləşən orbital mövqeyinə çıxarılmışdı. 2017-ci ildə ikinci telekommunikasiya peyki "Azerspace-2”nin 45° şərq uzunluğu orbital mövqeyinə çıxarılması gözlənilir.
Gunaz.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ