SON DƏQİQƏ
» » Maraqlı İDDİA: Maqnit qasırğası bəzi insanlarda gümrahlıq yaradır

Maraqlı İDDİA: Maqnit qasırğası bəzi insanlarda gümrahlıq yaradır

Tarix:

25-10-2017, 17:42

/ 1 151 dəfə oxundu.
Maraqlı İDDİA: Maqnit qasırğası bəzi insanlarda gümrahlıq yaradır

"Azərbaycanda KİV-lərdə bir çox hallarda maqnit qasırğası ilə bağlı şimal dairəsi üçün verilən proqnozlardan istifadə edilir. Bu da insanlarda müəyyən çaşqınlıq yaradır".

Gunaz.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

O bildirib ki, qasırğaların təsirləri adətən bizim N dairələri üçün zəifləmiş halda gəlib çatır.

E.Babayevin sözlərinə görə, geomaqnit qasırğası G1 kateqoriyasından başlayaraq heyvanlar aləminə də təsir edə bilir:

"Bir çox canlıların bədənlərinin müxtəlif yerlərində nanomaqnitit hissəcikləri tapılıb. Müəyyən heyvanlar, quşlar belə hallara daha çox məruz qalır. Bu qasırğaların insanlara təsir kateqoriyasını ayırmaq lazımdır. Tədqiqatlar göstərir ki, nisbətən sağlam insanlara bu, başqa cür təsir göstərir və onlarda əksinə olaraq, gümrahlıq effekti yaradır. Xroniki, xüsusilə də ürək qan-damar sisteminin xəstəliklərinə məruz qalan insanlarda bu özünü artmış diskomfort halında büruzə verir. Bəzən yaşlı və azyaşlılarda da diskomfort hallarına rast gəlmək mümkündür. Bunların hamısı heç də təşvişə səbəb olmamalıdır. Çünki insan kosmik havanın bu cür şıltaqlığına adaptasiya olunub. Sadəcə bu proseslərdən yan keçmək üçün aktiv şəkildə istirahət tələb olunur. Risk qrupuna daxil olan insanlar mütləq öz həkimləri ilə məsləhətləşib qabaqlayıcı tədbirlər görməlidir. Ən əsası həmin ərəfədə psixoloji və fiziki yüklənməni azaltmaq tövsiyə edilir".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ