SON DƏQİQƏ
» » Sentyabrın 29-da Bakının mərkəzində YÜRÜŞ OLACAQ

Sentyabrın 29-da Bakının mərkəzində YÜRÜŞ OLACAQ

Tarix:

25-09-2017, 17:43

/ 697 dəfə oxundu.
Sentyabrın 29-da Bakının mərkəzində YÜRÜŞ OLACAQ

Heydər Əliyev Mərkəzi, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində Bakı Ürək Mərkəzi və Azərbaycan Respublikası Velosiped İdmanı Federasiyası sentyabrın 29-da veloyürüş keçirəcək.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, yürüş “Ümumdünya Ürək Günü” münasibətilə sağlam həyat tərzini, eləcə də müxtəlif yaşda insanlar arasında xeyirxah amallar naminə həmrəylik ideyalarını təbliğ etmək məqsədilə 29-da “Sağlam ürək, sağlam həyat!” şüarı altında baş tutacaq.

Veloyürüşdə rəsmi dövlət nümayəndələri, ictimai xadimlər, sığorta təşkilatlarının nümayəndələri, Respublika Müalicəvi Diaqnostika Mərkəzində əməliyyat olunmuş və kardioreabilitasiyadan keçmiş şəxslər həkimləri ilə birgə iştirak edəcəklər.

Veloyürüşə 29 sentyabr saat 10:00-da “Azneft dairəsi”ndə start veriləcək və Heydər Əliyev Mərkəzində yekun vurulacaq.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ