Gəmi sürənlərin də vəsiqəsi olmalıdır - DƏYİŞİKLİK
Tarix:
21-09-2017, 10:58
/ 1 021 dəfə oxundu.
Azərbaycanın ərazi sularında üzmə qaydaları dəyişib.
APA-ya istinadən xəbər verilir ki, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları"nda dəyişiklik edib. Dəyişikliyə əsasən kiçikhəcmli gəmilərin sürücüləri həmin gəmiləri idarə etmək üçün Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən verilmiş sürücülük vəsiqələrinə malik olmalıdırlar.