SON DƏQİQƏ
» » İnformasiya yayımının şərtləri qorunmalıdır

İnformasiya yayımının şərtləri qorunmalıdır

Tarix:

16-06-2017, 23:03

/ 4 094 dəfə oxundu.
İnformasiya yayımının şərtləri qorunmalıdır

 


 

Müşfiq Ələsgərli: «Xəbər istehsalçılarının yetkinlik yaşına çatmayanlara yanaşmaları problemlidir»
Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə (MİTDİB)  Bakı şəhərində "Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri"mövzusunda konfrans keçirilib. Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirə KİV,QHT nümayəndələri, internet-sosial şəbəkə fəalları qatılıblar.İnformasiya yayımının şərtləri qorunmalıdır
Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən "Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri"mövzusunda konfrans və seminarların təşkili"layihəsi çərçivəsində baş tutub. Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, layihə çərçivəsində Mingəçevirdə (Qərb bölgəsində fəaliyyət göstərən jurnalistlər və internet fəalları üçün), Masallıda (Cənub bölgəsində fəaliyyət göstərən jurnalistlər və internet fəalları üçün) seminarlar keçirilib. Həmçinin "Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri"adlı vəsait hazırlanaraq çap edilib və seminar iştirakçılarına paylanıb: "Bakıda konfransın keçirilməsi isə, məsələnin daha geniş auditoriyaya çıxarılması və mövzunun aktual saxlanılmasına xidmət edir. Çünki, xəbər istehsalçılarının "yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımını məhdudlaşdıran məqamlar"a yanaşmaları problemlidir. Cinayət hadisələrinin iştirakçısına, yaxud, qurbanına çevrilmiş yetkinlik yaşına çatmayanların ad və soyadlarının, ünvanlarının dəqiqliklə təqdim edilməsi, valideynlərinin, himayəçilərinin, hüquqi təmsilçlərinin rəyini nəzərə almadan bu tip məlumatların ictimailəşdirilməsi ciddi problemlərə yol açır, cinayət qurbanına çevrilmiş uşaqların gələcək həyatlarını ciddi çətinliklərlə qarşı-qarşıya qoyur. Bu baxımdan, keçirdiyimiz seminar KİV işçilərində, xüsusən, internet üzərindən xəbər yayan informasiya istehsalçılarında yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləribarədə təsəvvür formalaşdırmaqdan ibarətdir".
Media eksperti Azər Həsrət yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtlərinin pozulması nəticəsində yaranan problemlər barədə məruzə edib.
Azərbaycan Jurnalistlər Şəbəkəsinin sədri Ayaz Mirzəyev, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə, TUM İB sədri Çingiz Bayramov, "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal, "Azadinform" İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev, "Təhsil" Cəmiyyəti İB-nın koordinatoru Taleh Şahməmmədov və digər çıxışçılar "KİV və uşaq hüquqları" mövzusunda gerçəkləşdirilən layihələrin faydalarından danışıblar.

 

 

GUNAZ.az

 

 

 

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər