
İyunun 1-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlandı
Milli Hidrometeorologiya Xidmətinin GunAz.az-a verdiyi məlumata görə Paytaxtda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında əsən şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu: Gecə 15-18° isti, gündüz 22-27° isti.
Atmosfer təzyiqi:762 mm civə sütunundan 758 mm civə sütununa enəcək.
Nisbi rütubət: Gecə 70-75%, gündüz 55-60%.
Azərbaycanın rayonları
Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək.
Aran rayonlarında: Gecə 11-16° isti, gündüz 23-28° isti.
Dağlıq ərazilərdə: Gecə 5-10° isti, gündüz 15-20° isti (bəzi yerlərdə 23-26° isti) olacağı gözlənilir.
































