SON DƏQİQƏ
» » Bakı-Tbilisi-Bakı qatarının qrafiki və dayanacaqları bəlli oldu

Bakı-Tbilisi-Bakı qatarının qrafiki və dayanacaqları bəlli oldu

Tarix:

19-05-2026, 23:38

/ 3 419 dəfə oxundu.
Bakı-Tbilisi-Bakı qatarının qrafiki və dayanacaqları bəlli oldu

"Azərbaycan Dəmir Yolları" QSC və "Gürcüstan Dəmir Yolları" SC arasında əldə olunmuş ilkin razılaşmaya əsasən, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq.
Bu barədə GunAz.az-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq veriləcək.
İctimaiyyətə əlavə məlumat təqdim ediləcək.
скачать dle 12.1

Şərhlər