SON DƏQİQƏ
» » Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım

Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım

Tarix:

15-04-2026, 11:58

/ 3 727 dəfə oxundu.
Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım

Akademik Zərifə xanım Əliyeva Azərbaycanda müasir oftalmologiya elminin yaradıcılarından və banilərindən biridir. Zərifə xanım Əliyeva Azərbaycanın səhiyyə sahəsində silinməz iz buraxıb.

Həkimlik fəaliyyətinə oftalmologiya sahəsində başlayan Zərifə Əliyeva bu istiqaməti məqsədli şəkildə seçmişdir. Zərifə xanım Əliyeva XX əsr Azərbaycan oftalmologiyasının inkişafında müstəsna rol oynamış, bu sahəni yeni mərhələyə yüksəltmiş alimlərdən biri olmuşdur. O, xüsusilə traxoma kimi geniş yayılmış və ciddi fəsadlara səbəb olan xəstəliklə mübarizədə böyük xidmətlər göstərmişdir. Apardığı elmi tədqiqatlar nəticəsində traxomanın müalicəsində effektiv üsullar işlənib hazırlanmış, bu xəstəliyin Respublika üzrə yayılmasının qarşısı alınmışdır. Onun tətbiq etdiyi müalicə metodları praktik səhiyyədə geniş istifadə olunaraq minlərlə insanın sağlamlığına qovuşmasına səbəb olmuşdur. Zərifə Əliyeva ixtisasını artırmaq məqsədilə Moskvada təhsilini davam etdirmiş, yüksək ixtisaslı mütəxəssis kimi Vətənə qayıdaraq Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda uzun illər səmərəli fəaliyyət göstərmişdir. Akademik Zərifə Əliyevanın elmi fəaliyyəti yalnız bir istiqamətlə məhdudlaşmamışdır. O, göz xəstəliklərinin peşə patologiyası, diaqnostika, profilaktika və müalicə sahələrində fundamental tədqiqatlar aparmış, oftalmologiyanın müxtəlif istiqamətləri üzrə dəyərli elmi nəticələr əldə etmişdir. Alimin bu sahədə apardığı silsilə tədqiqat işləri ona böyük nüfuz qazandırmış və beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.

Zərifə xanım Əliyeva yalnız alim kimi deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik bir insan kimi tanınırdı. O, kimsəsiz uşaqlara göstərdiyi qayğı, bölgələrdə apardığı müalicə-profilaktik tədbirlərlə insanların sevgisini qazanmışdır. Onun fəaliyyəti birbaşa insanların sağlamlığına xidmət edirdi.

150-yə yaxın elmi əsərin, monoqrafiya və dərsliklərin müəllifi kimi Zərifə Əliyeva oftalmologiyanın inkişafına böyük töhfələr vermişdir.

Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında xatirələrində yazırdı: "Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur. Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini qazanan, bu dünyayla vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur. Elə o da öz adını tarixin səhifələrində əbədiləşdirən, xatirələrdə hər zaman hörmətlə anılan, sayğı ilə yada salınan unudulmaz şəxsiyyətlərdən oldu. Çünki böyük Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı. O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi".

Türkanə Mübariz

скачать dle 12.1

Şərhlər