
Qusar rayonunda güclü yağışlar və torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.
GunAz.az xəbər verir ki, aramsız yağan leysan nəticəsində Qusar-Həzrə yolunun Yasab kəndi ərazisindən keçən hissəsində yol tamamilə çöküb. Yasab və Piral kəndlərində yaşayan sakinlərin rayon mərkəzi ilə əlaqəsində ciddi çətinliklər yaradıb. 10-dan çox kəndin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin kəsildiyi bildirilir.
Hadisə zamanı xəsarət alan olmayıb. Hazırda problemin aradan qaldırılması üçün müvafiq qurumların əraziyə cəlb olunduğu qeyd olunub.






























