SON DƏQİQƏ

2 Fevral Qaradağda gənclərlə QEYD EDİLDİ

Tarix:

2-02-2026, 18:31

/ 2 960 dəfə oxundu.
2 Fevral Qaradağda gənclərlə QEYD EDİLDİ

 Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “Müasir Azərbaycan dövlətinin gənclər siyasəti” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının, Gənclər və İdman Nazirliyinin Qaradağ rayon sektorunun və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə YAP Qaradağ rayon təşkilatının fəalları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Mərkəzin qarşısında yerləşən abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad edilib.

Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbir çərçivəsində “Ulu öndər Heydər Əliyev və Azərbaycan dövlətinin gənclər siyasəti” mövzusunda videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasətinin bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O, müstəqilliyin ilk illərində mövcud olmuş çətinliklərdən, gənclər sahəsindəki problemlərdən danışaraq bildirib ki, məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra gənclər siyasəti dövlət prioritetlərindən birinə çevrilib. Qeyd olunub ki, Gənclər və İdman Nazirliyinin yaradılması, 1996-cı il fevralın 2-də keçirilmiş I Gənclər Forumundan sonra Gənclər Gününün təsis edilməsi bu siyasətin mühüm mərhələlərindəndir.

Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin Qaradağ rayon sektorunun müdiri Elçin Abbasov, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Dilarə Məmmədova, Vətən müharibəsi qazisi Bəhrəm Rəcəbli, 6 saylı Uşaq Somatik Sanatoriyasının tərbiyəçisi Türkanə Əliyeva, Ələt uşaq bağçasının müəllimi, ABŞ Psixoloqlar Assosiasiyasının üzvü Rəna Haqverdiyeva, Mərkəzin əməkdaşı Nuranə Darvinbəyova və digərləri ölkəmizdə gənclərin intellektual inkişafı, təhsili, sosial problemlərinin həlli və vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində görülən işlərdən danışıblar.

Daha sonra YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib, 2 Fevral – Gənclər Günü münasibətilə bir qrup fəal gənc Fəxri Fərmanlarla təltif olunub.

Tədbir “Gadenza Baku” restoranında çay süfrəsi ətrafında davam edib, bayram tortu kəsilib. Sonda xatirə fotosu çəkdirilib.






скачать dle 12.1

Şərhlər