SON DƏQİQƏ
» » Zəfər nəslinin formalaşması dövlət qayğısının nəticəsidir

Zəfər nəslinin formalaşması dövlət qayğısının nəticəsidir

Tarix:

31-01-2026, 16:04

/ 3 401 dəfə oxundu.
Zəfər nəslinin formalaşması dövlət qayğısının nəticəsidir

Qaradağda 2 Fevral – Gənclər Günü qeyd edilib: Səngəçalda gənc müəllimlərlə görüş

 Qaradağ rayonu, Səngəçal qəsəbəsi Əzimkənd yaşayış massivində yerləşən 331 nömrəli tam orta məktəbdə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri Qafar Əliyevin gənc müəllimlərlə görüşü keçirilib.

Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, məktəbin direktoru Minə Şirinova, partiya fəalları və pedaqoji kollektiv iştirak ediblər.

Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Görüşü giriş sözü ilə açan məktəbin direktoru Minə Şirinova qonaqları salamlayaraq Gənclər Gününün əhəmiyyətindən danışıb. O qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

"Məhz Ümummilli Liderin təşəbbüsü ilə 1996-cı ildə gənclərin ilk forumu keçirilib və bu tarix Gənclər Günü kimi təsis edilib. Artıq uzun illərdir ki, dövlətimiz gənclərin inkişafı üçün bütün imkanları səfərbər edib."

YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev çıxışında müasir Azərbaycan gəncliyinin cəmiyyətdəki rolundan bəhs edib. O, 90-cı illərin əvvəllərindəki çətin şəraitlə müasir dövrü müqayisə edərək, gənclərin milli ruhda yetişməsinin strateji əhəmiyyətini vurğulayıb:

 Gənclər və İdman Nazirliyinin yaradılması və xüsusi dövlət proqramlarının icrası gəncliyi vahid amal ətrafında birləşdirdi.

 Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi dövründə yetişən gənclik 44 günlük Vətən müharibəsində əsil qəhrəmanlıq dastanı yazdı.

Gənclərin səsi

Tədbirdə çıxış edən gənc müəllimlər – Günel Səlimova, Qaybalı Əhmədov, Gülsüm Mustafazadə, Zamirə Əsgərova və başqaları onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər. Çıxışlarda gənclərin intellektual inkişafı, sosial problemlərinin həlli və vətənpərvərlik tərbiyəsi istiqamətində görülən işlər yüksək qiymətləndirilib.

Görüşün sonunda xatirə fotosu çəkdirilib.

Bilman İSAQ


скачать dle 12.1

Şərhlər